Dünya

Kobaxidze: ABŞ ilə ədalətli münasibətlər tələb edən tərəfdaşlığın dərinləşməsində maraqlıyıq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen ilə görüşüb.

Görüş çərçivəsində son bir neçə ildə Gürcüstandakı proseslər daxil olmaqla ABŞ ilə münasibətləri ilə əlaqədar bütün məsələlər müzakirə olunub.

Gürcüstan hökumətinin başçısı və ABŞ dövlət katibinin köməkçisi bu proseslərlə bağlı narahatlıqlarını bölüşüblər.

İ.Kobaxidze, həmçinin O`Brayenə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinin zəruriliyini izah edib və bir daha hakim komandanın veto proseduru çərçivəsində beynəlxalq tərəfdaşların bütün hüquqi şərhlərini diqqətlə nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti ABŞ ilə qarşılıqlı səylər və ədalətli münasibətlər tələb edən tərəfdaşlığın dərinləşməsində maraqlıdır.(“Report”)

Paylaş: