Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb.
“Zirvə yolu” xəbər verir ki, XVI turun sonuncu qarşılaşması Mingəçevirdə gerçəkləşib.
“Kür” çempion “Qarabağ”ı qəbul edib. Meydan sahibləri rəqibini 36:26 hesabı ilə üstələyib.
Qələbə sayəsində çempion “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub. Aktivində 21 xalı olan “Azəryol” ilk üçlüyü qapayıb.