Hicran Əyyubova yetişdirməsi olduğu Azərbaycan təhsilinin daha da inkişaf etdirilməsinə dəstək verə biləcəkdir
Bütün zamanların ən şərəfli, müqəddəs peşələrindən sayılan müəllim sözünün ziyası, nuru hər birimizin ürəyinə bir rahatlıq gətirib, ruhuna öz şöləsi ilə işıq salıb. Müəllimlər öyrəncilərin hərtərəfli bilik almaları, vətənə, dövlətə layiqli olmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.
Bütün sahələrdə müasirləşən, inkişaf edən müstəqil Azərbaycanımızda son illər milli təhsil sistemində aparılan islahatlar, müşahidə olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri gündən-günə artmaqdadır.
Təhsil sistemində aparılan müsbət islahatlardan biri də respublikamızın cənnət guşələrindən olan ərənlər yurdu Tovuz rayonunda yerləşən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunmasıdır.
Müasir zamanın nəbzini tutan, muasir təhsilin incəliklərinə yiyələnmiş, Hicran Əyyubova direktor vəzifəsinə layiq görülmüşdür.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmri ilə Hicran Əyyubova kollecin direktoru vəzifəsinə təyinat alıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlərin məqsədi orta ixtisas təhsili müəssisələrində kadr potensialının və tədris prosesinin təkmilləşdirilməsidir.
Qeyd edək ki, H.Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.
Hicran Əyyubova üzərinə çox böyük məsuliyyət düşdüyünü hiss edir, etimadı doğrultmaq, qarşıdakı mühüm vəzifələri yerinə yetirmək üçün, tədris prosesində ilk növbədə şəffaflığa nail olmaq, təşəbbüskarlıq, idarəetmədə yeni vərdişlərə yiyələnmək, cəmiyyətdəki şəxsi rolunu dərk etmək kimi əsas keyfiyyətlərin inkişafı istiqamətində yeni planlar hazırlayır.
Müəllimlik çox şərəfli sənətdir. Lakin şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Müəllim tələbələrin mənəvi dünyasını görməli və ona fərdi yanaşma üsullarını bilməlidir. Uzun illər orta məktəbdə müəllim kimi çalışmış Hicran Əyyubova peşənin bütün incəlikləri ilə idarəetməni birləşdirib mükəmməl nəticəyə nail olmağı bacaracaqdır.
O, kollecin mənəvi həyatına həssaslıq, qayğıkeşlik, dostluq, mehribanlıq və işgüzarlıq xüsusiyyətlərini aşılamağa israrlıdır. Ümid edirik ki, müəyyənləşdirilmiş layihələr üzrə lazımi nəticələrə nail ola biləcəkdir.
Hicran xanım kollektivi ikiqat qüvvə ilə işləməyə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin inkişafı üçün birgə işləməyə çağırır.
İnsan kapitalının yetişdirilməsi, cəmiyyətin inkişaf göstəricilərinin artırılması müəllimin fəaliyyətindən asılıdır. Şəxsiyyətin ahəngdar inkişafi vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür. Cəmiyyət ən əziz və qiymətli sərvətini, öz ümidi, gələcəyi olan gənclər təhsil müəssisələrinə və Hicran xanım kimi müəllim iliyinəcən doğruldan müəllimlərə etibar edilir.
İnanırıq ki, Hicran Əyyubova yetişdirməsi olduğu Azərbaycan təhsilinin daha da inkişaf etdirilməsinə dəstək verə biləcəkdir.
Təhsildə yüksək keyfiyyəti təmin etmək üçün düzgün istiqamətləndirmə mexanizmlərindən istifadə edərək, təhsilin daha çevik idarə olunması üçün səmərəli fəaliyyət həyata keçirəcəkdir.
Redaksiyamız adından Hicran müəlliməni bu məsuliyyətli vəzifəyə təyin olunması. münasibətilə təbrik edir, ona uğurlu fəaliyyət arzulayırıq! Təhsilin inkişafı üçün böyük həvəs və əzmlə həyata keçirdiyi fasiləsiz, işgüzar fəaliyyəti ilə rayonun təhsil işçilərinə ruh yüksəkliyi verməklə bu komandanı uğur əldə etməyə səfərbər edə biləcəyinə ümidimiz sonsuzdur. Bu əvəzsiz əməyinə görə Hicran xanıma minnətdarlığımızı bildirir, qarşıda duran işlərində müvəffəqiyyətlər arzulayırıq.
Böyük bir kollektivə rəhbərlik etmək, onların problemlərinin həlli yollarını axtarmaq, təhsilin keyfiyyətini yaxşılaşdırmaq, bacarıqlı, bilikli və zəngin dünyagörüşünə malik gənclər yetişdirmək yolunda Tanrıdan Hicran xanıma böyük güc və ruhyüksəkliyi diləyirik.
İşləriniz avand, fəaliyyətiniz uğurlu olsun, Hicran Əyyubova!.