Dünya

Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb

Özbəkistanda mülki aviaşirkətlərin sayı son 3-4 ildə 6 dəfə artıb. “Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Nəqliyyat Nazirliyi yanında Mülki Aviasiya Agentliyinin direktor müavini Oleq Lim “Rusiya – İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunun kuluarında bildirib.O, Özbəkistanda hava yollarının sayının artmasına münasibət bildirərkən sözügedən şirkətlərin sayının 15-ə çatdığını açıqlayıb.“Onlardan altısı sərnişin daşıyıcısıdır, üçü yük daşıyıcıdır, qalanları aviasiya işi məsələləri ilə məşğuldur. Sözün əsl mənasında 3-4 il öncə bizdə cəmi bir daşıyıcı var idi – bu da “Uzbekistan Airways”, – Lim vurğulayıb.Direktor müavini əlavə edib ki, hazırda ölkədə aviasiya insidentlərinin sayı minimuma endirilib.

Paylaş: