Mayın 16-sı saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Zaqatalada 41 mm, Qaxda 39 mm, Balakəndə 12 mm, Astarada 9 mm, Lerik, İmişlidə 8 mm, Ordubadda 6 mm, Şəmkirdə 5 mm, Lənkəran, Şəki, Naftalan, Yardımlı, Gədəbəy, Oğuz, Beyləqan, Ceyrançöl, Goranboy, Sədərək, Göygöl, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Daşkəsən, Culfa, Sabirabad, Neftçala, Şirvan, Cəlilabad, Biləsuvar, Şamaxıda 4 mm-dək olub.
Yağan intensiv yağışlar nəticəsində mayın 15-də Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçib.
Mayın 15-də saat 20:39-20:41 radələrində Gədəbəy rayonuna xırdadənəli dolu düşüb.
Daşkəsən, Göygöl, Şamaxı, Şirvan, Qobustan, Altıağac, Qusar, Naftalan, Şəmkir, Balakən, Şəki, Qrız, Tərtər, Lerikdə duman müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.