Cəmiyyət Manşet

Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Xəbər verdiyimiz kimi Şərurlu İsfəndiyara məxsus qalmaqallı “Şərur” MTK və vətəndaşları aldatmış “Proqress-2016” MTK ilə bağlı məhkəməyə müraciət edənlər artrır.

Tribunainfo.az xəbər verir ki, “Proqres MTK” vaxtı ilə başqa adamda olub, həmin MTK-nın işlərini bu aparır.
Həmin binada 10-a yaxın qazinin haqqı tapdalanıb, aldadılıblar.

Daha sonra “Hollivud” şadlıq sarayında yerləşən “Şərur” MTK-nın ofisinə gəliblər. Onları oğlu, iş adamı Mehdi Axundov qarşılayıb.

Mehdi ilə qazilər arasında mübahisə yarandığı üçün Mehdi polis çağırıb.
Polislər qaziləri Binəqədi rayon Polis İdarəsinə dəvət ediblər. Polislər qaziləri dinləyəndən sonra qazilərin haqlı olduğu ortaya çıxıb və Mehdinin qazilərə qarşı kobud davranışlarına görə Polis İdarəsinin əməkdaşları İsfəndiyarın ofisinə gələrək Mehdini saxlayıblar.

Daha sonra növbəti əməliyyat İsfəndiyar Axundov və daha 10-a yaxın şirkətin əməkdaşları Binəqədi polis idarəsinə aparılaraq izahatları alınıb. Araşdırma davam edir.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib.
Əldə etdiyimiz məlumata görə dünən axşam İsfəndiyarı, bu gün isə oğlu Mehdini buraxıblar.

Tərəflərin fikirlərini dərc etməyə hazırıq.

Tribunainfo.az

Paylaş: