Cəmiyyət

Qaradağda avtomobil maneəyə çırpılaraq aşıb, 18 yaşlı gənc yaralanıb

Bakının Qaradağ rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.“Zirvə yolu”nun məlumatına görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb.Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılaraq aşıb.Avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Əhmədli Əli İlqar oğlu xəsarət alıb.Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.Fakt araşdırılır.

Paylaş: