Cəmiyyət

8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi – Foto

Xankəndi şəhərinə prokuror təyin edilib.

Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir Şəhər Prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz Rayon Prokurorluğunun böyük müstəntiqi, Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Məlumat üçün bildirək ki, Qubadlı rayonunda anadan olan Rəşadət Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto
Paylaş: