Bakının bir sıra yollarında tıxac yaranıb.“Zirvə yolu” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Hazırda:1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;2. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;5. “20 Yanvar” dairəsində;6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;9. Mikayıl Useynov prospekti, Dövlət Bayrağı Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;11. Mikayl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.