Cəmiyyət

Gəncədə bu idarənin məmurları İTTİHAM OLUNUR – TƏFƏRRÜAT

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Uşaq İncəsənət məktəblərində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər və rayon prokurorluğunda araşdırma aparılmalıdır.

Redaksiyamıza [email protected] elektron poçtdan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində yaşanan özbaşınalıqlardan bəhs edən yazı daxil olub. Yazıda yer alan iddialarla bağlı aidiyyatı tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu…

Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə bilinməyən məbləğdə pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən olunubdur.

Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımovun, vəzifəsi bilinməyən, Muraz Məmmədovun özbaşınalıqları qanunazidd fəaliyyətləri haqda məlumat ilk öncə onu qeyd edək ki, Gəncə-Daşkəsən Regional mədəniyyət İdarəsinin tabeliyində olan bütün sturukturlar o cümlədən musiqi məktəbləri ardıcılıqla Muraz Məmmədovun şəxsi obyektinə cevrilməkdədir.

Bunu redaksiyamıza məqalə göndərən Sabina Babanlı yazır. Müəllif daha sonra faktlara müraciət edərək yazır:

2023–2024 tədris ilinin əvvəlində Muraz Məmmədovun köməyilə qırx min “40 min” manat qarşılığında, Mədinə Babayeva Gəncə Şəhər beş (5 saylı) Uşaq Musiqi Məktəbinə direktor əvəzi vəzifəsinə təyin edilmişdir.

Edilən aydan etibarən hər ay Dövlət büdcəsinə ziyan vuraraq 25 min ( iyirmi beş min manat) pul mənimsəyir.

Muraz Məmmədovun köməyilə Şahmar İbrahimov 30 min (otuz min manat) qarşılığında, Samux rayon Sərkar Kənd Uşaq Musiqi Məktəbinə direktor əvəzi vəzifəsinə təyin edilib. Təyin edilən aydanm məktəbin tədris işləri üzrə direktor müavini Həsənova Rühanə Sabit qızının köməyilə hər ay Dövlət büdcəsinə ziyan vuraraq 20-25 min manat pul mənimsəyir.

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?
Muraz Məmmədovun köməyi ilə Qahirə Məmmədova 70 min manat müqavilində Dekabr ayında Gəncə Şəhər Uşaq İncəsənət məktəbinə direktor vəzifəsinə təyin edilibdir. Həmin aydan Gəncə Şəhər iki saylı musiqi məktəbi də, Gəncə Şəhər Uşaq İncəsənət məktəbi də,Qahirə Məmmədovanın səlahiyyətindədir.

Hər iki məktəbdən Qahirə Məmmədova hər ay Dövlət büdcəsinə ziyan vuraraq iki məktəbdən 60 min manat pul mənimsəyir.
Muraz Məmmədovun nəzarəti altında Gəncə Şəhər üç saylı Uşaq Musiqi Məktəbinə direktor əvəzi vəzifəsinə təyin edilmiş Məsumə müəlliməyə də göstəriş verilib hər ay müəllimlərdən yığılan pulu Muraz Məmmədova çatdırılsın.
Muraz Məmmədovun təşəbbüsü ilə “Göy-göl ” rayon Xəqani Kənd Uşaq musiqi məktəbinə 20 min qarşılığında Həsənli Nərgiz məktəbə direktor vəzifəsinə təyin edilib. onuda qeyd edək ki, Nərgiz müəllimənin təqdimatı ediln gün məktəbdə 17 müəllimə izahat yazdırıb. Görünür vəzifə üçün verdiyi pulu elə həmin ay çıxartmaq istəyibdir.
Onuda qey edək ki, bu kimi hallar bütün Gəncə Şəhər Uşaq Musiqi məktəblərində mövcuddur.
Hər ay direktorlar tərəfindən mənimsənilən pullar, məktəbdə müəllimlərin qeyri rəsmi şəraitdə işləmələri hesabına həyata keçirilir, belə ki, yüksək dərs saatları olan müəllim hər ay alınan maaşın bir hissəsi direktora çatdırılır.
Bununla kifayətlənməyən Gəncə Şəhər Uşaq musiqi məktəbinin direktorları, məktəbə şagird qəbulu üçün valideynlərdən 100-200 manat tələb edirlər. Attestatın verilməsi üçün 300-500 manat valideynlərdən pul tələb edirlər.
12 saatdan artıq dərs saatı istəyən müəllimlərdən beş yüz manat pul müqavilində dərs saatı artırırlar. Hər tədris ilinin sentyabr ayının maaşını, müəllimlərdən bütünlüklə Şəncə Şəhər Uşaq Musiqi Məktəbinin direktorları tərəfindən mənimsənilir.
Muraz Məmmədovun köməyi nəticəsində İsax Məmmədov Goranboy rayon Mədəniyyət Şöbəsinə baş məsləhətçi təyin edilib.
Edilən aydan Goranboy rayon Mədəniyyət evləri, kitabxanaları, muzeyləri, rəsm qalareyası, Heydər Əliyev Mərkəzinin, klublaın, bütün işçilərindən hətta xadimələrdən belə hər ay 20-25 manat pul yığılaraq İsax Mmmədova çatdırılır. İsax Məmmədovun təqdimətı ilə Muraz Məmmədovun köməyilə on min müqavilində Borsunlu Kənd Uşaq Musiqi Məktəbinin müəlliməsi məktəbə direktor əvəzi vəzifəsinə təyin edilib. Edilən aydan hər ay müəllimlərdən yığılan pulun bir hissəsini İsax Məmmədova çatdırılır. Günay Allahverdiyeva iyirmi min manat hər ay Dövlət büdcəsinə ziyan vuraraq pul mənimsəyir. Onuda qeyd edək ki, Günay Allahverdiyevanın qızı Lətafət Allahverdiyeva həmin məktəbdə 20 saat dərsyükü ilə təmin edilmişdir.
Lətafət Allahverdiyeva həmçinin Gəncə Dövlət Universitetində əyani şöbəsində musiqi ixtisasında təhsil alır.
Əyani təhsil alan müəllimlərin adına yüksək dərs saatları yızılması bir neçə məktəbdə mövcuddur. Muraz Məmmədovun köməyilə müəllimlərin ehtiyat kadr bazasında olan müəllimlər 7-10 min manat qarşılığında bir çox musiqi məktəblərinə müəllim vəzifəsinə təyin ediliblər. May ayının 28 bütün Musiqi Məktəblərinin direktorlarının müqavilə vaxtı bitir, çox güman ki, MurazMəmmədovla hesablaşmayan direktorların müqaviləsinə xitam veriləcəkdir. Adı çəkilən çinayətkar direktorları isə iş fəaliyyətlərinin davam etdirəcəkdir.
Müəllif Sabina Babanlı məqaləsinin sonunda yazır:
Verdiyimiz mlumatların doğru olduğu məktəblərin müəllim, şagird, valideyn kontingenti araşdırılsa öz təsdiqini tapar. Bütün olanlardan isə nədənsə Regionun rəisi Pərvin Kazımovun xəbəri olmur. Son olaraq onuda qeyd edək ki, Muraz Məmmədovun razılığı olmadan, regionda stuktur rəhbərləri tərəfindən verilən əmrlərin heç biri icrası həyata keçə bilməz. Görəsən bu gücü, bu səlahiyyəti 26 yaşlı gənc kimdən və hardan alır? Bax bu sual doğurur.
Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, Maliyyə Nazirliyi, Hesablama Palatası yazılanların doğruluğunu olub-olmamasını isbat etməlidir

Yenixeber.org

Paylaş: