Cəmiyyət

Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA – MÜRACİƏT

Şəki rayonun Cumakənd kəndində yaşayan şəhid anası Əhmədova Məkkə Sirac qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
“Cənab Prezident, Siz həmişə çıxışlarınızda Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün aidiyyatı dövlət qurumlarına lazımi göstərişlər verirsiniz. Və nəticədə indiyədək çoxsaylı şəhid ailələrinin mənzil –məişət şəraiti yaxşılaşdırılmışdır.

Oğlum, gizir Əhmədov Rizvan Niyazı oğlu 1996-cı ildən Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. 44 günlük müharibədən sonra “Qisas əməliyyatı” zamanı sentyabrın 19-da 218 n-li H|h-nin əsgəri kimi Şuşakənd- Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidliyindən sonra oğlum Rizvana Sizin sərəncamınızla “ Vətən uğrunda” – 3-cü dərəcəli medulla təltif edilmişdir.

Rəhmətlik oğlum yenicə ailə qurmuşdu. ( hələ nikahlarını kəsdirməyə macal tapmamışdır) Hal hazırda yaşadığöımız kənddəki uçuq-sökük evimizdə birtəhər yaşayırdıq. Şəhid oğlumun atası Əhnmədov Niyazı oğlum anadan olandan 15 gün sonra bizi atıb getmişdir. Başqa birisi ilə evlənib. Hazırda haradasa əyyaşlıqla məşğul olur. Amma şəhid oğluma düşən 11000 manat “qan pulu” nun yarısını ata adlanan Niyazını tapıb ona verdilər. İndi mən digər hərbçi oğlum Knyazın ümidinə qalmışam. O da hərbçidir. Aldığı maaşdan bir hissəsini mənə göndərir ki, yaşaya bilim. Mən bilmirəm hazırda sağ qalan ikinci hərbçi oğlumun başına sabah nə gələcək.

Amma çox təəssüf edirəm ki, bu günə qədər bir şəhid ailəsi kimi bizimlə qonşulardan başqa kimsə maraqlanmır. Uçuq-sökük evimizi təmir etmək istəyirik Amma imkanımız yoxdur. Mən bir şəhid anası kimi iş tapa bilmirəm. Bir elə pay torpağımız da yoxdur ki, adi dirrik məhsulları əkib dolanım.

Bütün kənd sakinləri şahiddirlər ki, uzun müddət ailə başçısı olmayan ailədə iki oğlumu min bir zülmlə böyüdüb hər ikisini Vətənin müdafiəsinə göndərmişəm.
Cənab Prezident Sizdən çox xahiş edirəm mənim sərbəst olaraq dolanmaq üçün bir münasib işlə təmin olunmağıma və heç vaxt təmir olunmayan evimizin təmir edilib normal yaşamaq vəziyyətinə salınması üçün aidiyyatı dövlət qurumlarına göstəriş verəsiniz”.(Dia-az.info)

Paylaş: