28-29 may 2024-cü il tarixlərində Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu haqda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb magistral su kəmərində təmir işlərinin aparılmasıdır.