Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr…..
1-ci şikayət:”Qurd qapısından maşın bazarına qədər yolda sürət həddini müəyyən edən heç bir işarə olmadığı halda sürücülərin başına rəsmən oyun açırlar.
Belə ki,Bakı şəhər DYP-nin düz qarşısında,DYP rəsmilərinin gözləri önündə tikinti meydançasının girişındə “gizlənən”yol patrul avtomobili bu istiqamətdə hərəkət edən maşınları sürət həddini aşmağa görə kütləvi surətdə cərimələyir.Ərazidə bir neçə radar olmasına baxmayaraq sürücülərə ucdantutma elektron cərimələr tətbiq olunur.Xidməti avtomobildə əyləşən yol patrul əməkdaşına yaxınlaşaraq həmin istiqamətdə sürəti məhdudlaşdıran heç bir işarənin olmadığını bildirdikdə,əl işarəsi ilə DYP binasını göstərir və ora müraciət etməyimizi məsləhət görür”
2-ci şikayət:”Sahbikarlıqla məşğul olan şəxsin yük dolu avtomobili yol patrul əməkdaşı tərəfindən saxlanılır.Sürücüyə bildirilir ki,maşına normadan artıq yük vurulub.Sürücü maşının texniki göstəricilərinə aid zavod sənədlərini təqdim edərək bildirir ki,27 tona qədər yük daşımağa icazəsi var.Faktiki yük isə 22 tondur.Yol patrul əməkdaşı israrla maşının cərimə meydançasına aparır.Tərəzidə yükün çəkisini müəyyən edərkən aydın olur ki,22 tondur.Bu sürücüyə də istiqamət verərək Bakı şəhər DYP-nin binasına yönləndirirlər.Sahibkarın yük dolu maşını isə “araşdırma aparılır”adı altında günlərlə açıq hava altında cərimə meydançasında saxlanılır”.Yuxarıda qeyd edilənlər redaksiyamıza DYP ilə bağlı daxil olan onlarla şikayətdən sadəcə bir neçəsidir.Yerdə qalanların ətrafında araşdırmalarımız davam edir.
Gəlin görək gözdən-ayaqdan uzaq DYP binasında nələr baş verir??? Əvvəlcə vətəndəşları bu otaqdan o otağa göndərərək əsir- yesir edirlər.Otaqlar və mərtəbələr arasında qalan sürücülərin başına elə oyun açırlar ki,sonda DYP əməkdaşlarının dediyi şərtlərlə razılaşmaq məcburiyyətində qalırlar.Sövdələşmələr əksər hallarda “uğurla”nəticələnir.Vətəndaşlar “qarğış”edib dövlət binasını tərk edirlər,binada “kök salmış ünsürlər”isə yumşaq kreslolarında yırğalanaraq növbəti “qurbanlarını” gözləyirlər.Əldə etdiyimiz məlumatlara görə,son vaxtlar DYP-nin qanunsuz əməllərindən boğaza yığılaraq məhkəmələrə müracıət edən sürücülərin sayı durmadan artır.Statistik rəqəmlərə istinad etsək görərik ki,məhkəmə çəkişmələrinin əksəriyyəti sürücülərin xeyrinə sona çatır.DYP-də kök salmış bəzı “işbazların”yarıtmaz fəaliyyətıi nəticəsində yerində həll olunması mümkün olan məsələlər məhkəmə müstəvisinə qədər gedib çıxır.Təəssüf doğuran problemlərdən biri də,DYP sistemində ictimaiyyətlə və mətbuatla əlaqələrin iflic vəziyyətinə düşməsidir.Bu sahəyə məsul olan şəxslər onlara ünvanlanan suallardan yayınır və susmaqla işlərini bitmiş hesab edirlər.Susmaqla problemlər həll olunmur, cənablar!!! Ölkə başçısının,nazir Vilayət Eyvazovun Sizlərə göstərdiyi etimadı doğrultmaq lazımdır.Unutmayın,xalqın gözü tərəzidir.Dövlət ərkanına xələl gətirən heç bir nöqsan və cinayət diqqətdən yayınmır.Səxsi mənafeyini dövlət maraqlarından üstün tutanların və vətəndaşları dövlətdən narazı salanların aqibəti heç də yaxşı olmur.Növbəti yazılarımızda DYP sistemində baş verən özbaşınalıqlardan faktlarla,ətraflı söhbət açacağıq.Obyektivliyi və ədaləti qorumaq üçün məlumatları dəqiqləşdirmək zərurəti yaranıb.Bizi izləyin…
“Adekvat.az”xəbər portalının araşdırma qrupu
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq…