Cəmiyyət

`Bazarstore`un bunu da etdiyinə İNANIRIQ… – ETİRAZ VAR…

“Bu şəkilləri indicə Hövsan Mida-2-dəki “BAZARSTORE” supermarketində çəkmişəm. Gördüyünüz kimi, “Saville” vermişelinin qiyməti məhsulun altında 1.15 AZN göstərildiyi halda, kassa qəbzində 1.62 AZN olub. Biz də o qədər ödəmişik…” Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Nadir Qocabəyli ifadə edib.
“Bu hala həmin marketdə dəfələrlə rast gəlmiş, etirazımı bildirmişəm” deyə etirazını bildirən jurnalist daha sonra belə davam edir: “Amma həyasızcasına cavab verirlər ki, rəfdəki qiymət başqa məhsula aiddir. “Başqa məhsul” isə orada yerli-dibli yoxdur.
Lakin marketdə işləyənlərin buna da cavabı var: “Həmin məhsul qurtarıb”.
Yaxşı, həmin məhsul qurtarıbsa, qiyməti niyə orada qalıb? Həm də digər, qiyməti daha baha olan məhsulun altında…
O gün bir nataraz kassir qız hətta məni savadsızlıqda suçlayıb dedi ki, oxumağı bacarmıram. Nadir Qocabəyli oxumağı bacarmırmış…
Aidiyyatlı qurumlardan tədbir görmələrini tələb edirəm…”

Paylaş: