Naxçıvan Muxtar Respublikası (MR), Şahbuz rayonu, Külüs kənd sakini Quliyev Qabil Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Q.Quliyev işsizlikdən şikayətçidir:
“Mən, Quliyev Qabil Əli oğlu, yazaraq bildirirəm ki, ailəliyəm, 2 azyaşlı övladım var.
Özüm Rasiya vətəndaşıyam. 2010-cu ildən Külüs kəndində müvəqqəti yaşama izni ilə yaşayıram.
Azərbaycanda doğulmuşam. Burada hər bir xidmət bizə ödənişlidir. Özüm və yoldaşım heç bir yerdə işləmirik. Bu günə qədər çobanlıqla məşğul olub, ailəmi dolandırmışam. Kommunal xərclərimi vaxtı-vaxtında ödəmişəm. İndi isə şəkər və qara ciyər xəstəsiyəm, ayaqlarım tutulub, iş imkanım məhdudlaşıb.
Yoldaşım üçün xadiməlik işi istəyirik, vermirlər. Sosial yardım üçün müraciət edirik, bildirirlər ki, ailədə bir nəfər işləməlidir. İş verən də yoxdur. Dövlətdən pul almağın digər yolu da əlillikdir.
İynə-dərman xərclərimə hər ay 1200 manat pul xərclənir. 2 aydır kommunal xərcləri artıq ödəyə bilmirəm. Mənə deyirlər ki, ödəniş etməsən qaz və işığını kəsəcəyik.
Sizə yaşadığım evin videosunu da atıram, baxın görün, belə bir evdə xəstə adam necə yaşayar?!
Mən özüm və ailəm üçün kömək istəyirəm”.
VİDEO – BURADA...