Cəmiyyət

`Azeronline` vətəndaşı ÇİLƏDƏN ÇIXARIB – “Yazırsan… danışırsan… yenə də elə eyni…”

“Bu “Azeronline” internet şəbəkəsinin nə saymamazlığıdı bilinmirik…” Dia-az.İnfo xəbər verir ki, bunu Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınmış 556 saylı binaların sakinləri öz şikayətlərində bildirirlər.

Sakinlər adından edilən müraciətdə daha sonra qeyd olunur:

“Nə qədər şikayət olunur xeyri də yoxdur… Yazırsan… danışırsan… yenə də elə eyni…

İnternetlə pul qazanıram… Dolanışığım ordan çıxır… Amma son 3-4 gündür də lap zay eləyiblər… Günortadan axşama kimi şəbəkə olmur… Heç kimdə “wifi” olmur… Başqa şəbəkə, provayder də yoxdur ki dəyişəsən…”

Paylaş: