Cəmiyyət

Zakir Fərəcovun millyonçu müavini Sumqayıtın icra başçısı olmağ istəyir? – “Özümə yer edib gör sənə neylərəm.”

Sumqayıt şəhərində özünü prezdentin nümayəndəsi kimi təqdim edən Fəzail Hüseyinov kimdir?

Bakı və Abşeron ərazisində hektarlarla torpağlara, dəyəri millyonlarla olan villalara sahib olan Fəzail Hüseynovun Dərnəgül ərazisində böyük asvalt zavoda sahibdir. Novxanıda dəyəri yüz milyonlarla olan əmlakların necə əldə olunması barədə redaksiyamızda kifayət qədər məlumatlar daxil olub.

“Azərbaycan Reallığı” xəbər verir ki, Hələ illər öncə Sumqayıtda Memarlıq və tikinti şöbəsinin rəisi kimi şəhər torpaqlarının talan edilməsində, qanunsuz tikililərin millyonlarla rüşvət hesabına icazə verilməsində Fazil müəllimin böyük rolu olub. Bəzi sahibkarların qanunu mülklərinə yiyələnən Sumqayıt şəhər icra hakimiyyətinin müavini yuxardakı qohumlarının sayəsində toxunulmazlıq qazanıb.

Sumqayıtda ən çox şikayət olunan bu məmurun “mən kimsədən qorxmuram” ifadəsi dillər əzbəri olub. Sumqayıtda özünü prezdentin səlahiyyətli nümayəndəsi kimi təqdim etməkdən çəkinməyən Fazil Hüseynov qısa zamanda onun Sumqayıt Şəhər icra başçısı olması barədə sərəncamın veriləcəyini də bildirir.

Adı çəkilən məmurun Sumqayıt şəhərində bəzi qarşıdurmalarda iştırakçı olması hər kəsə məlumdur. Belə ki, yerli kütləvi informasıya vasitələrində Sumqayıt şəhərində məmurlar haqqında tənqidi yazıların yazılmasında bir başa sifarişçidir. Bir sözlə desək, elə müəllifi Fəzail Hüseynovdur.

Aparılan araşdırmalarda məlum olur ki, Sumqayıt məmurlarının baş bəlasına çevrilən Fəzail müəllim Zakir Fərəcov barəsində gedən tənqidi yazılara görə bəzi xəbər saytının baş redaktorlarının kartlarına pul göndərməyi də özünə qürur hissi bilir.

Müxtəlif yollarla sahibkarları, iş adamlarını hədələyən, onlara qarşı qanunsuz tələblər irəli sürən bu məmurun cəzasızlıqdan yararlanması göz önündədir.

Göz qarşısında özünə dəyəri millyonlarla olan mülklər tikdirən, zavod sahibi olan və digər biznes şəbəkələri formalaşdıran Fəzail Hüseynovun əmlaklarının siyahısını və ünvanlarını növbəti yazımızda təqdim edəcəyik(“Azərbaycan Reallığı”)

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

Paylaş: