Cəmiyyət

“Cavid Əliyev yoxlama apararaq rəy verib ki, hər şey qaydasındadır…” – GİLEY

Ağcabədi rayon Boyad kənd sakini Şamil Qarayev uzun illərdir sözü gedən kənddə musiqi müəllimi işlədiyini deyir. Dia-az.İnfo xəbər verir ki, onun iddiasına görə, 2023-cü iĺdə işlədiyi məktəbin drektorundan nə qədər dərs saatını olduğunu soruşmaq üçün otağına getdiyində, Şahnaz müəllimə onu təhqir edərək otağından qovub.

Şikayətçi məktəbdə qanunsuzluq və özbaşnalığın hökm sürməsi ilə bağlı dəfələrlə adiyyatı qurumlara müraciət etdiyini deyir.

O bildirir ki, Şahnaz müəllimə kimə istəyir artıq dərs saatı yazır, məktəbdəki musuqi avadanlıqları və elektrik xəttləti nəinki yararsız, hətta təhlükəli vəziyyətdədir.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri Cavid Əliyev yoxlama apararaq rəy verib ki, hər şey qaydasındadır. Halbuki məktəbdə nə istəyirlər onu edirlər.

Vətəndaş adiyyatı qrumlara müraciət edərək məktəbin yoxlanılmasını xahiş edir…

Dia-az.İnfo

Paylaş: