Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən mebel sexləri tərəfindən istehsal tullantılarının qalaqlanması aşkar olunub.Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin mebel sexlərinin iki vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Və ərazidə olan tullantıların təmizlənməsi təmin olunubBakuNews.az