Cəmiyyət Manşet

Baku Electronics MMC vətəndaşa problemli məhsul satıb – ŞİKAYƏT

Bakıda vətəndaş Baku Electronics MMC-nin dələduzluğuna tuş gəlib.

Bununla bağlı paytaxt sakini Oruczadə Zaur Elşad oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib.

Şikayətçi bildirib ki, ötən ilin noyabrında Baku Electronics MMC-dən Samsung markalı paltaryuyan maşın alıblar. 1 aydan sonra həmin paltaryuyan maşın evə gətirilərək quraşdırılıb və üstündə də qızıl zəmanət talonu ona təqdim olunub:

“Evdə adam az olduğundan paltaryuyan maşın bir o qədər işlədilmirdi. Bir aydan sonra paltaryuyanda nasazlıq olduğunu gördük. Maşının ayağında və barabanında problem əmələ gəlmişdi. Servisə zəng edib usta göndərilməsini xahiş etdik. Usta evə gəlib maşına baxanda min bir bəhanələr gətirməyə başladı. Bizə dedi ki özünüzü yormayın çünki son vaxtlar bizim şirkətə gələn əksər paltaryuyan maşınlarda vəziyyət bu cürdü. İki usta dayanıb maşının üzünə baxdı və pullarını alıb getdilər. Mən onlara dedim ki bu nasazlığı orda rəhbərliyinizə izah edin və yazın sənəddə. Dedi o bizim səlahiyyətlərimiz daxilində deyil. Qızıl zəmanətimizdə göstərilib ki, məhsulda hər-hansı problem aşkarlansa yerindəcə aradan qaldırılır və ya dəyişdirilir. Amma Baku Electronics xalqı aldatmaqla məşğuldur”.

Orxan Rasifoglu.
Xebernur.com

Paylaş: