Cəmiyyət

Qarabağ Müharibəsi qazisi 8 yaşlı övladının müalicəsinə kömək istəyir – MÜRACİƏT

  • Qax rayonu, Tanqıt kənd sakini, epilepsiya və ağır xəstə ( Atipik Autizm sindromlu ) Əsgərli Renad İsrayıl oğlunun atası 2-ci Qarabağ Müharibəsi qazisi, 3-cü qrup müharibə əlili Əsgərov İsrayıll Abdulla oğlu tərəfindən Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə, sahibkarlara və mətbuat orqanlarına oğlunun “Narınc” Psixologiya Mərkəzində təxirəsalınmadan müalicə olunması üçün köməkliyin göstərilməsilə bağlı müraciət ünvanlanıb.
  • Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciətdə deyilir:
  • Əvvəlcə xatırladım ki, mənim oğlum Renad 8-ci yaşa qədəm qoyub və 2 yaşından məlum olub ki, uşaq epilepsiya və atipik autism xəstəliyindən əziyyət çəkir.
  • Yəni, övladım indi, 8-ci yaşında müalicə olunmasa birdəfəlik əlil olmaq ərəfəsindədir. Dəfələrlə uzun müddətli müalicələr etsək də effekt vermədiyinə görə onu Narınc Psixologiya Mərkəzinə gətirdik. Həkimlər bildirdilər ki, 8 yaşı tamam olana qədər uşağı təcili bizim Narınc Psixoloji Mərkəzdə müalicəyə götürmək lazımdır. Və müalicə 1 il davam etməlidir. Müalcənin günlük xərci 50 mantdır. Xəstə uşağın anasının da bu müddət ərzində kirayədə qalmaq xərci nəzərə alınsa və məhz bunun üçün maddi köməklik göstərilsə çox yaxşı olar. Çünki hazırda mənə yalnız 80 mant veteran pulu verirlər. Həyat yoldaşımın belə xəstə uşaq olan yerdə işləməsi isə mümkünsüzdür. Müharibə əlilliyim isə 1 aydan sonra Ali Məhkəmə tərəfindən təsdiq edilməsi və ondan sonra təqaüd alacağım gözlənilir. Ona görə imkansızlıqdan, bir vətəndaş, bir müharibə qazisi kimi şəxsən Sizə müraciət edirəm:
  • Hörmətli Telman müəllim!
  • Sizdən çox xahiş edirəm. oğlumun Bakı şəhərində Narınc Psixologiya Mərkəzində 1 il davam edəcək müalicə xərcini( gündəlik 50 manat nəzərdə tutulan) qarşılamaq və müəyən qədər maddi dəstək göstərilməsi üçün rəhbəri olduğunuz qəzetdə elan yerləşdirməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm. Sağ olun.
  • Sənədlər: 4 səhifə.Və şəxsiyyət vəsiqəsi, xəstəlik diaqnozu. Bank kartı. N-5239151754100397.
  • İmza: İ.A. Əsgərov Əlaqə üçün: 070 710 25 50 ( VVhp)
  • Aktualinfo.org
  • Redaksiyadan: Ümid edək ki, aidiyyəti qurumlar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi, yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu, sahibkarlar 3-cü qrup müharibə əlili Əsgərov İsrayıll Abdulla oğlunun övladının müalicəsinə lazım olan köməyi əsirgəməyəcək və 8 yaşlı Renad Əsgərli tezliklə sağlığına qovuşacaq.
Paylaş: