Cəmiyyət Dünya

Zakir Nuriyev və komandası “Rabitəbank”dan nə qədər qazanır? – MƏBLƏĞ

“Rabitəbank” rəhbərliyi 2023-cü ildə 2 milyon 182 min manat gəlir əldə edib.

İqtisadiyyaz.az-ın əldə etdiyi məlumata görə, bu, 2022-ci ilə nisbətən 78,8% və ya 961 min manat çoxdur.

Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 1 milyon 221 min manat təşkil edib. Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasının üzvlərinə nağd pul ödənişləri daxildir.

Qeyd edək ki, bu məbləğ 2023-cü ildə bankın rəhbərliyində təmsil olunan 8 nəfər arasında bölünüb. Bunlar “Rabitəbank”ın Müşahidə Şurasının sədri və səhmlərinin 14,4%-nə sahib olan Zakir Nuriyev, MŞ-nin üzvü və səhmlərin 40,6%-nə sahib olan Rauf Əliyev, MŞ-nin digər üzvü Aslan Xasıyev, İdarə Heyətinin sədri Aydın Hüseynov, İH sədrinin birinci müavini Orxan Gültəkin, İH-nin üzvləri Samir Rzayev, Ramil Nəsibov və Natiq Novruzovdur.

Bu isə o deməkdir ki, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 272,8 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 174,4 min manat təşkil edib.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır.

Paylaş: