“Qazaxıstan höküməti Xəzər suitilərinin populyasiyasını qorumaq üçün Xəzər dənizinin akvatoriyasında, Manqistau və Atırau vilayətlərinin ərazilərində dövlət təbiət qoruğu yaratmağı planlaşdırır”. Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: “Qazaxıstan hökuməti Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Sənayesi Komitəsinə dövlət təbiət qoruğunun sərhədlərini xəritələrdə və yerində müəyyən etməyi tapşırıb. Sənədə əsasən, dövlət təbiət qoruğu respublika büdcəsi hesabına maliyyələşdiriləcək. Qeyd edək ki, ötən əsr sayı 1.5 milyon olan, günümüzdə 70 minədək azalan Xəzər suitisi nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin siyahısına daxil edilib. Təəssüf ki, ölkəmizdə bu canlı yağına görə və balıqlarla qidalandığı üçün ovlanır. İşin bərbad tərəfi isə qırmızı kitabımızda olan bu növü ovlamağa görə təbiətə dəymiş ziyanın miqdarı məlum deyil! Çünki dəfələrlə irad bildirməyimizə baxmayaraq ETSN müvafiq NK qərarına düzəlişləri etmir…”