Xaçmaz sakinləri hazırki icra başçısı Elnur Rzayevin fəaliyyətindən heç də razı deyillər. Bu barədə Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir. Müraciət müəllifi olan sakinlərin sözlərinə görə, E.Rzayev vəzifəyə təyin olunandan sonra əvvəldən rayonda qurulan bütün gözəlliklər az qala düşməncəsinə məhv edilib.
Sakinlər yazır: “Şəmsəddin Xanbabayevin özünə 15 ilə qurduğu şəraiti Elnur Rzayev özünə 2-3 ilə qurdu… Amma Şəmsəddin Xanbabayevin 15 ilə gözəlləşdirdiyi Xaçmazı Elnur Rzayev 2-3 ilə VİRAN QOYDU…”
Qeyd edək ki, bir başqa müraciət də Xaçmaz rayonu Ləcət kəndindən gəlib. Və onlar Dia-az.İnfo-ya müraciətlərində əsas problemlərini aşağıdakı kimi sıralayıblar… Ləcət kəndinin mövcud sosial problemləri.
- Məhəllə yollarının bərbad vəziyyətdə olması.
- İçməli su problemi.
- İşıq problemi…
Dia-az.İnfo