Redaksiyamızın ünvanına Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının adlarının çəkilməsindən ehtiyat edən, Terapiya şöbəsinin əməkdaşları tərəfindən müraciət daxil olub. Dia-az.İnfo bildirir ki, eyni zamanda ölkə rəhbərliyinə xitab edən müraciət müəllifləri Azərbaycan respulikasının 1 ci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikası Prezdentinin köməkçisi Anar Ələkbərovdan, Tibbi İcbari sığortanının icraçı direktoru Zaur Əliyev dən və TƏBİB-in icraçı direktoru
cənab Vüqar Qurbanovdan kömək istəyirlər.
Müraciətdə xəstəxanada gələcəkdə aparılacaq təmir işləri ilə əlaqədar, “Terapiya” şöbəsinin Bilgəh qəsəbəsindəki Modul Tipli Xəstəxanaya köçürüləcəyi qeyd edilir. Təmir işlərini alqışlayan həkimlər ,köçürülmə nəticəsində, işlədikləri şöbənin xəstəxanadan uzaq məsafədə olması işlədikləri xəstəxana ilə gələcəkdə tibbi əlaqənin kəsilməsinə gətirib çıxaracağı və bununla da, onların professional iş fəaliyyətlərinə və xüsusən də regionlardan müalicə və müayinəyə gələn xəstələrin vaxtında operativ şəkildə müalicə və müyinə olunmasında çətinlik yaranacağını bildirlər. Həkimlər belə olduğu halda həm özlərinin, həm də xəstələrin çox əziyyət çəkəcəyindən, məsafə baxımdan çox uzaq olduğundan çoxlarının tezliklə işlərinin itirəcəklərindən şikayyətçidirlər. Həkimlər şəhərdən kənara çıxmamaq şərtilə istənilən uyğun şəraitdə müvəqqəti yerləşmələrini xahiş edirlər. Onlar həmin imkan mexaniziminin bu gün Təbibdə mümkün olduğuna əmin olduqlarını bildirirlər.
Müraciətdə daha sonmra deyilir: “Hesab edirik ki bu istər tibb kantingenti üçün, istərsə də xəstələr üçün daha uyğun və əlverişli olar. Həkimlərin, xəstələrin son ümüdləri gödə Allah yerdə isə başda prezident olmaqla , çox hörmətli Mehriban xanınıma , dəyərli insan Anar Ələkbərova, o cümlədən Zaur Əliyevə və Vüqar Qurbanovadır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq verilən qərarda dəyişiklik edilməsini həkim və tibb kollektivi xahiş edir. Dövlətimiz xalqımız üçün üçün xeyirli olsun…”