Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkənin daxili işlər naziri Məhəmməd Xıdırova xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyinə və işində yol verdiyi nöqsanlara görə töhmət verib.
“Report” Türkmənistanın rusdilli rəsmi qəzeti olan “Neytralnı Turkmenistan”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı ölkənin Dövlət Təhlükəsizlik Şurasında elan edib.
Berdiməhəmmədov xidməti vəzifələrini lazımınca yerinə yetirmədiyinə və işində yol verdiyi nöqsanlara görə Türkmənistan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Yazgəldi Nuriyevə də sərt töhmət verib.
Qeyd edək ki, Xıdırov 2022-ci ilin aprelində daxili işlər naziri, Nuriyev isə 2021-ci ilin yanvarında Sərhəd Xidmətinin rəisi təyin edilib.