Bakı Abadlıq Xidməti hər yerdə gördüyü işi yarımçıq qoyub gedir.
Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Ramil Həsənli yazıb. O bildirib ki, bu xidmət heç bir işini başa çatdırmır, daim narazılıq yaradır:
“Şikayətim Bakı Abadlıq Xidmətindəndir. Hər yerdə iş götürüb yarımçıq qoyub gedirlər. Pirşağıda Qızılqum tərəfə su xətti çəkilib və bitiriblər, xəttə su verib sayğac qoymurlar ki, camaat yararlansın. 7 aydır artıq bütün işlər, xəttlər, qazıntılar bitib. Hər müraciət edəndə gələn ay düzələcək deyirlər.
Bu şirkət səsimizi, şikayətimizi necə çatdıra bilərik artıq bilmirik”.(Tribunainfo.az)