Cəmiyyət

Səyyad Kərimov, Kəmaləddin Bədəlovun “ali” saxtalığına kim qiymət verməlidir?

Məğrur Bədəlsoy

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin məhkəmə təminatı hüququna da məhkəmə hakimiyyəti qadağa qoyub.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki, məhkəmənin uyğun icra sənədi olmadan, ƏN-in Suraxanı icra məmuru Vüsal Əliyev xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlilinin pensiyasını yarıqat etməyi DSMF-ə MƏKTUBLA sifariş verib.

DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialı da ağına-bozuna baxmadan nə məhkəmənin verdiyi icra sənədinin olmamasına baxıb, nə də “İcra haqqında” qanunun tələbin yönəldilə bilməzliyi pul məbləğləri haqqında 68.1.2 (TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ) maddəsinə.

Qarabağ əlilinə savaşda vətənə xidmətdə aldığı xəsarətlərə görə ödənilən pensiyanı yarıqat edən DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində ( keçmiş 1BİİM) iddia qaldıran qazinin iddiası 3 dəfə mümkün sayılmayıb və hər üçündə Ali Məhkəmə aşağı instansiyanən qərardadlarını ləğv edib.

Sonuncu dəfə 3 il qabaq Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin 25.05.2021 tarixli “daxili inamı” əlilin iddiasının təmin edilməməsinə gətirib. Bu qərardaddan şikayət də Bakı Apelyasiya Məhkəməsinin ( Səadət Bəktaşi, Aida Hüseyn , Azər Hüseynov) 03.08.2021 tarixli qərarı ilə təmin olunmayıb.

Əsl məzhəkə də bundan sonra başlayıb. 2 illik şikayətlərdən sonra yalnız Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyn edilməsindən sonra saxtalaşdırılmış qərar (saxtalığı məhkəmə tərkibində olan Aida Hüseynin (artıq Ali Məhkəməyə təyinat alıb) adının çıxarılması, Qarabağ əlilinin imzasının saxtalaşdırılması, başqa şəxsə ünvanlanan məktubun guya qaziyə ünvanlanması və s. sübut edir-M.B.) 17.03.2023-cü ildə verilib.

Anında Qarabağ əlili kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatına ərizə verib və ərizəsi təmin olunaraq 20 saylı vəkil bürosundan Samir Abdullayev 23.06.2023-cü ildə şikayəti yazaraq təqdim edib.

Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Səyyad Kərimov 70 gündən sonra- 30.08.2023-cü ildə 5 günə ( onun da 2 günü altı-bazara düşür- M bildirib. Qarabağ əlili həm Ali Məhkəməyə, həm də Məhkəmə Hüquq Şurasına şikayətin vaxtında verildiyini, vəkilə 08.06.2023-cü ildə verilən 001414 nömrəli orderlə 15 gün müddətində-23.06.2023-cü ildə kassasiya şikayətinin təqdim edildiyini sənədlərlə izah edib. Yəni şikayətvermə müddətinin ötürülməsi barəsində Səyyad Kərimova qıraqdan verilən sifariş şikayətin mümkünsüzlüyünə əsas vermir.

Bu izahatdan sonra…

Səyyad Kərimov (məruzəçi) Kəmaləddin Bədəlov və Bəhmən Qəribov ali heyəti 24.11.2023-cü il tarixli, 2-1(102)-2170/2023 saylı qərardadla şikayətvermə müddətinin üzrsüz səbəbdən ötürülməsi əsası ilə kassasiya şikayətini mümkün saymayıb.

Öncə-8 ay qabaq vəkilin şikayəti gec yazdığını “əsas” tutan Səyyad Kərimov, bu “əsas”ın sənəd-sübutla saxtalığı sübut ediləndən sonra şikayətin 2 ildən sonra verilməsi özbaşınalığını saxtalıqla qazinin üzərinə qoyub, üzrsüz səbəbdən 2 il sonra şikayət etdiyini “əsas” tutub mümkün saymayıb. Bu qərardad 2 aydan sonra 29.01.2024-cü ildə verilib və Qarabağ qazisi Konstitusiya Məhkəməsinə şikayət verməyə qorxur.

Niyə də qorxmasın, qanunsuzluğu, ədalətsizliyi edən Ədliyyə (?-M.B) Nazirliyi (icra məmuru Vüsal Əliyev), qərarı 2 ildən sonra medianın işə qarışmasından sonra verən məhkəmə , pensiyasından, əmlakından, məhkəmə təminatı, hüquqi yardım hüququndan da məhrum edilən düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, DOST qərəzinin pensiyasının yarısını apardığı hüquqsuz, azadlıqsız Qarabağ qazisi!

P.S. Qarabağ əlili Xaliq Abbaszadəyə, eləcə də digər Qarabağ əlillərinə “Əmək pensiyaları haqqında” qanunun 2021-ci ildən qüvvədən düşmüş 19.1.7 maddəsi əsasında aylıq (əlillik dərəcəsinə uyğun 55,77,110 manat) əlavə də verilməyib.

Qazinin DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının bu tələblə bağlı hissəsi mümkün sayılmayıb ki, öncədən Filiala müraciət etməyib (?). Absurd əsaslandırma deyilmi? Amma indi DSMF şəxsi heyəti ilə bildirir ki, bütün Qarabağ əlillərinə 2021-ci ilə kimi həmin əlavələr verilib. Verilibsə, niyə qazi əlillər məhkəmələrlə davadadırlar və hətta məhkəmə qərarının icrasına da nail ola bilmirlər? Sualın cavabı çox asandır: ölkədə məhkəmənin, qanunun, konstitusiyanın aliliyi yox, pensiya filialının, sıradan məmurun rüşvətinin aliliyi qüvvədədir.

Aztoday.az

Paylaş: