Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimləri adından ölkə rəhbərliyinə
müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir…
ƏVVƏLİ BURADA:
Zəfər Qurbanov iclasları çox sevir, AMMA… – NARAZILIQ VAR...
YAZININ DAVAMI: “Zəfər Qurbanov univrsitet Elmi Şurasında çıxış edərək bildirir ki, mənə
kafedraları və diğər strukurları idarə etmək üçün menecer lazımdır. Bu adam
başa düşmür ki, menecer sözünün mənası nədir? Ötən il Aqronomluq
fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş,
Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, Sizin
tərəfinizdən əməyinə “Tərəqqi” medalı verilmiş Həsənəli Aslanovu
aşağılayaraq “mənə sənin kimi elmlər doktoru lazım deyil , sən get
alimliyinlə məşğul ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır”
dedi. Zəfər Qurbanov yaxşı işləyən, tələbələrin sevimlisi, məsuliyyətli, çox
savadlı olan Hümbət Hümbətovu vəzifəsindən, hətta müəllimlikdən belə
çıxartdı.
İndi isə Meşəçilik kafedrasının müdiri Vidadi Səmədovu təhqir edir.
Vidadi Səmədov o dövrlər ulu öndərimiz Heydər Əliyevin Moskvaya təhsil
almağa göndərdiyi gənclərdən olub. Bütün ömrünü elmə həsr edən,
təmənnasız, heç bir zaman rüşvət almayan, uzun müddət Aqrar Universitetdə
böyük əməyi olan, bir çox Beynəlxalq layihələrdə iştirak edən, uzun müddət
Amerikada – Kaliforniyada elmi-tədqiqat işi aparmış, rus və ingilis dillərini
çox yüksək səviyyədə bilən , bu dillərdə yüksək səviyyədə dərslər keçən və
bu gün də Azərbaycanda bir çox yenilikləri ilə seçilən bir şəxsdir.
Vidadi Səmədovun görkəmli alim Azad Mirzəcanzadə kimi ailəsi belə
yoxdur, bütün ömrünü elmə həsr edib. Sabiq rektor İbrahim Cəfərov onun bu
qabiliyyətinə, qeyri-adi fəaliyyətinə həmişə yüksək dəyər verirdi, onu kafedra
müdiri seçmişdi. Belə bir şəxs bisaavad, aqrar sahədən heç bir xəbəri
olmayan, kimlərinsə himayəsi sayəsində ADAU-da at oynadan Zəfər
Qurbanov tərəfindən təhqir olunur, aşağılanır. Universitet Elmi Şurasında
Vidadi Səmədov çıxış edərək bildirdi ki, dərslərdə tələbələrlə ciddi məşğul
olmaq lazımdır, tələbələrdə motivasiya yaradılmalı, kurs layihələri geniş
şəkildə işlənilməli, əyaniliyə üstünlük verilməli, praktiki məşğələlərin
keçilməsi üçün müvafiq avadanlıqlar alınmalıdır.
Zəfər Qurbanov buna cavab olaraq bildirdi ki, sən mənə göstəriş vermə,
sən kimsən, mən özüm bilirəm ki, nə etmək lazımdır. Sən tələbələrə qarşı çox
tələbkarsan, tələbkarlığı azaltmalısan. Sən nə qədər dərsdən danışacaqsan?
Yeri gələndə sən auditoriyada tələbələrə nağıl danış, lətifə danış. Elmdən az
danış, lətifə danış, qoy tələbələr narazı qalmasın. Belə görünür ki, mənlə
səninki tutmayacaq. Mən səni kafedra müdirliyindən çıxaracam…”
DAVAMI MÜTLƏQ VAR…