“Rusiyanın öz aktivlərindən Ukrayna üçün istifadə olunmasına cavabı Brüssel üçün çox ağır olacaq”.
Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün brifinqdə səsləndirib.
Zaxarova bildirib ki, Rusiyada Avropa İttifaqı mənşəli aktivlər kifayət qədər çoxdur: “Rusiyada Avropanın əmlakı, aktivləri dəfələrlə deyildiyi kimi, çoxdur. Bu baxımdan, onlar öz dəliliklərinin əvəzini pulları, əmlakları ilə ağır ödəyəcəklər”.