Cəmiyyət

Baku kids Company-dən QANUNLARA HƏQARƏT… – FOTOFAKT

“Baku Kids Company” adlı şirkəti pampers reklamında çəkilmək üçün 2-12 ay aralığında körpə axtarır.

Çəkilişə görə şirkət 100 manat ödəniş edəcəyini elan edib.

Amma şirkət tamamilə irqçi bir şərt irəli sürüb. Elanda bildirilir ki, çəkilişə yalnız “Avropa görünüşlü” körpələr qatılmalıdır. Yəni monqoloid və ya neqroid irqindən olan körpələrin çəkilişə qatılması qadağandır. Bir sözlə, valideynlərdən xahiş olunur ki, gözü azacıq qıyıq və yaxud dərisinin rəngi azacıq qaramtıl olan körpələrini də zəhmət çəkib çəkilişə gətirməsinlər.

Tamamilə irqçi, həm də savadsız yanaşmadır!


Ümumiyyətlə, “Avropa görünüşlü” körpə nə deməkdir? Bu, yemək deyil ki, fransızsayağı ət və ya Meksikasayağı toyuq kimi növləri olsun.

Bu şirkəti tanımıram. Amma hər halda burada azərbaycanlılar işləyir. O zaman bu elanı hazırlayanlar bilməli idilər ki, Azərbaycan xalqı monqoloid və ya neqroid yox, məhz avropoid irqinə mənsubdur. Bəlkə də bu elanı hazırlayanlar bunu məqsədli şəkildə yazmayıblar, amma həddən artıq savadsız şəkildə hazırlanmış elan olduğu görünür.

Bütün dünya irqçiliyə qarşı mübarizə aparır, minlərlə reklam çarxı çəkilir, milyonlar xərclənir, amma Azərbaycanda bir şirkət ya qəsdən, ya da savadsızlıqdan “irqçi” elan verir – hələ o ayrı məsələ ki, azərbaycanlıların məhz “Avropa görünüşlü” olduğunu da qanmırlar.

AXAR.az

Paylaş: