Xəbər verdiyimiz kimi, dünən Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
Saxlanılanlardan Elman Məmmədovun oğlu da Gəncədə yüksək vəzifə sahibidir.
E.Məmmədovun oğlu Muraz Məmmədov Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin rəis müavinidir.
M.Məmmədov 6 aydır ki, rəis müavini vəzifəzinə təyin edilib. O bundan öncə idarədə sektor müdiri vəzifəsini icra edib.
32gun.az