Cəmiyyət

Mirdaməd Seyidovun büdcədən oğurladığı MİLYONLAR… – ETSN-nin də bu pullarda GÖZÜ VAR…

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin əsas vəzifəsi Bakı və Abşeronda yaşıllığın inkişaf etdirmək, yeni parklar salmaq, bağlar, bağçalar, istirahət sahələri, zeytun plantasiyaları salmaq, onları qorumaq və onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsini həyata keçirməkdir.
Eyni vəzifə, daha konkret desək, yaşıllılqarın qorunması, inkişaf etdirilməsi və s. həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının səlahiyyət dairəsinə aiddir.

Amma məsələ bu qədər sadə və bəsit deyil!

Yaşıllıqların inkişaf etdirilməsinə milyonlarla pul ayrılır. ETSN və BŞİH arasında uzun müddətdir davam edən “yaşıl savaş”ın da əsl səbəbi məhz bu amildir – pul! Təsadüfi deyil ki, ETSN naziri Muxtar Babayev Yaşıllaşdırma Təsərrüfat Birliyinin nazirliyə verilməsi üçün ciddi səylər göstərir. Eləcə də BŞİH başçısı Eldar Əzizov ən gəlirli qurumlardan birini itirmə istəmir. Qısası, biri daha çox qazanmaq, digəri isə qazancını itirməmək üçün çalışır.

 Bəs, Yaşıllaşdırma Təsərrüfat Birliyində hansı həcmdə pul dövr edir?

Redaksiyamıza olduqca ciddi məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Yaşıllaşdırma Təsərrüfat Birliyinin ümumilikdə 1580 əməkdaşı var və işçi sayının çoxluq təşkil etməsi bu qurumun “kadr məsələləri”ndən külli miqdarda pul qazanmaq imkanlarını da artırır. 2023-cü ildə 70 yaşlı Mirdaməd Seyidov Yaşıllaşdırma Təsərrüfat Birliyinin Baş direktoru vəzifəsinə təyinat almasından sonra qurumun maxinasiya imkanlarının arealı da genişlənib. 1954-cü il təvəllüdlü ahıl qocanın Təsərrüfat Birliyinə rəhbər gətirilməsinin şifrələri indi-indi açılmaqdadır. Əldə olunan məlumatlarda göstərilir ki, M.Seyidov Yaşıllaşdırma Təsərrüfat Birliyinə fəhlə düzəlmək üçün konkret məbləğ də müəyyən edib – 5 min manat! Amma bu o demək deyil ki, sən bu pulu istənilən adama versən, orada işləyə bilərsən. Xeyr! Baş direktorun bu işə nəzarət edən “makler”ləri fəaliyyət göstərir.

          Gəlirik əsas məsələyə...

Yaşıllaşdırma Təsərrüfat Birliyinə 5 müəssisə daxildir: “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsi.
Redaksiyamıza daxil olan məlumata görə, təkcə Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin illik büdcəsi 1 milyon manatdır. Amma məsələ bundadır ki, bu 1 milyon manat “yeni quyuların təmiri” adı altında talan edilir. Sovet dövründən qalma quyular sadəcə kosmetik şəkildə təmir edilir, quyuların üzərinə rəngli boya çəkilir və ətrafında təmizlik işləri aparılır və bununla da hər dəfə 30, 50, 60 min manat pul silinir. Hesabat sənədlərində isə “əsaslı təmir” kimi göstərib büdcəni talamaqla məşğuldurlar.
Bundan başqa… Hər kəsə bəllidir ki, Yaşıllaşdırma Təsərrüfat Birliyinin əsas gəlir mənbələrindən biri kəsilən ağaclara görə hüquqi şəxslərdən alınan külli miqdarda pullardır. Məlumdur ki, hazırda Bakının ən böyük problemlərindən biri yaşıllıqların məhv edilməsidir. Bu yaşıllıqları qorumaq isə Yaşıllaşdırma Təsərrüfat Birliyinin əsas vəzifəsidir. Ancaq bu qurum yaşıllıqları məhv edərək yerində göydələnlər tikən sahibkarlarla “sövdələşmə”yə daha çox üstünlük verir. Bütün sahinkalarların isə Yaşıllaşdırma Təsərrüfat Birliyində siyahısı var, bu “sövdələşmə” “korusel” üsulu ilə tez-tez yenilənir.
Yaşıllaşdırma Təsərrüfat Birliyinin Baş direktoru Mirdaməd Seyidovun saysız-hesabsız mülklərə sahib olması məmur maaşı ilə əldə olunan sərvətlər deyil. Onun hər ay 100 min manat qazandığı (daha doğrusu, büdcədən oğurladığı) bildirilir.
Yaşıllaşdırma Təsərrüfat Birliyi büdcəni daha hansı üsullarla talayır? – Növbəti yazıda…

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Azsiyaset.az

Paylaş: