Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….
Əsabil Qasımov biznesi olkə xaricinə daşıyır…..
Əsabil Qasımov Kislovodsk şəhərində daha bir “İstoçnik” sanatoriyasını (Stavropol vilayətində sayca üçüncü) açdı”. Açılışda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu,Kislovodsk şəhərinin Qubernatoru, Vilayətin rəsmi şəxsləri, Bakıdan rəsmi şəxslər və keçmiş deputat Əsabil Qasımov iştirak edib.
XALQ.AZ xəbər verir ki, bu məlumat yerli təlevizyada yayımlanıb.
Araşdırmalarımıza görə, “İstoçnik” sanatoriyası sabiq millət vəkili Əsabil Qasımova məxsusdur.
Kislovodsk şəhərində açılışı olan sanatoriya “Sanatoriya İstoçnik Kislovodsk” şirkətinə bağlıdır. Bu şirkətin nizamnamə kapitalının 50%-i Əsabil Qasımovun oğlu Taleh Qasımova, 30%-i Azərbaycanın “Karat Holdinq” şirkətinə, 20%-i isə “Sanatoriya İstoçnik” şirkətinə məxsusdur.
“Karat Holdinq”in sahibi olan Əsabil Qasımov Rusiyanın daha 2 şəhərində “İstoçnik” adlı sanatoriyaya sahibdir. Qeyd edə ki, Ə.Qasımov 2016-ci ildə Yessentukidə də 1.5 milyard rubl investisiya hesabına 400 yerlik “İstoçnik” sanatoriyasını açmışdı.Həmçinin 2021-ci ildə böyük kurortlarından biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sağlamlıq kurortunu istifadəyə vermişdi. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyarddan çoxdur.
“Karat Holdinq”in Rusiyada biznesi bununla kifayətlənmir: bundan öncə şirkət Moskvanın cənubundakı Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və “Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.
Paralel olaraq, “Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən “Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.
Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən “Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır
XALQ.AZ-ın məlumatına görə, Əsabil Qasımov sanatoriyaların tikintisinə 10 milyard rubldan çox sərmayə qoyulduğu deyilir. Bu isə 100 milyon dollardan çoxdur.
Rəsmi məlumatlara görə sayca üçüncü sanatoriyaya sahib olan Əsabil Qasımov ölkədən niyə bu qədər pulu çıxarıb xaricə investisiya edir?
Niyə bu investisiyanı Azərbaycanda etmək olmazdı? Yeni iş yerlərinin açılması və iqtisadiyyatımıza dəstək olmazdı?
Hal hazırda işğaldan azad olunan ərazilərdə Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə yenidənqurma işləri, aparılır “Böyük Qayıdış” konsepsiyası üzrə doğma torpaqlarının həsrətində olanlar dövlətimizin inşa etdiyi evlərinə qayıdır. Yeni infastruktur qurulur, füsünkar təbiətə malik olan Qarabağa turizm potensialı artırılır amma….
Amma Əsabil Qasımov Azərbaycanda deyil Qarabağımızda yox məs Rusiyada Kislovodskdə sanatoriya açır ölkəmizdən milyonlarla dolları xaricə investisiya edir,bu çox düşündürücü sualdır.
Bu məsələni isə aidiyyatı orqanlar araşdırması daha məqsədə uyğun olardı.
Qeyd edək ki, Əsabil Qasımov “Karat Holdinq”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznesini yaxınlarına tapşırmışdı.
Hal hazırda Əsabil Qasımovun “Karat Holdinq”ə bu şirkətlər daxildir:
– Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri);
– “Azinvest” tikinti şirkəti;
– “Everest-M”, “Şin Servis” (armatur alqı-satqısı);
– Karmen MMC (dəyirman və un alğı-satqısı);
– Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki;
– ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq fabrikləri), taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində);
– Gəncə Fatoğlu (un dəyirmanı);
– Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli;
– Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran;
– Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ Saray”;
– Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina;
– İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina;
– Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market”.
Əsabil Qasımov dördüncü çağırış Milli Məclisin deputat olub. Deputat seçildiyi dairdən olan seçicilər mütəmadi mətbuata şikayətlə müraciət ediblər.
Bəs görəsən keçmiş deputat Əsabil Qasımov şəxsi biznesini niyə Rusiyada qurur?
Bu suala isə araşdırmalarımızla davam edəcəyik.
XALQ.AZ