Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin İspaniya – Gürcüstan qarşılaşmasının ən yaxşı oyunçusu müəyyənləşib. “Zirvə yolu” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın ən yaxşısı adına İspaniya millisinin üzvü Rodri layiq görülüb.Qeyd edək ki, İspaniya millisi 4:1 hesablı qələbə qazanıb. Rodri 39-cu dəqiqədə komandasının ikinci qolunu vurub.