Cəmiyyət Manşet

106 yaşın mübarək, Azərbaycan Polisi!

2 iyul – Polis işçilərinin peşə bayramı günüdür.Azərbaycan polisinin yaradılmasından 106 il ötür. Bu gün cəmiyyətimizin bütün sahələri üçün vacib olan, ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşların asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin peşə bayramıdır.Müstəqil Azərbaycan dövlətinin daxili stabilliyində misilsiz rol oynayan polis Azərbaycanın demokratik, mütərəqqi qanunlarına, xalqa, Vətənə, Ümummilli lider Heydər Əliyevin amallarına və Prezident İlham Əliyevə daim sadiqdir və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqdır.Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ümummilli liderin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi. Bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla və yaradıcılıqla davam etdirilməsi nəticəsində, Azərbaycan ictimai təhlükəsizliyin etibarlı qorunduğu və kriminal durumun nəzarət altında olduğu ölkələri sırasına daxil oldu. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir. Fəlsəfədə deyilir ki, fədakarlıq, insan kamilliyinə doğru aparan yoldur. Deməli, polis həm də kamil olmalıdır, xidmətinə qanun çərçivəsində və həmçinin yaradıcı yanaşmağı bacarmalıdır. Azərbaycan polisi də öz xidmətinə bu cür yanaşır, nəticələr də göz qabağındadır.Hər zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları polislərə xüsusi diqqət və qayğı göstərmişdir. Polis əməkdaşlarının maddi-mənəvi rifahının yaxşılaşdırılmasında dövlət tərəfindən həmişə diqqət mərkəzində olmuşdur. Daxili işlər orqanlarının işinin günün tələbləri səviyyəsində qurulmasında, möhkəm nizam-intizamın yaradılmasında, qanunların aliliyinə hörmətlə yanaşılmasında və cinayətkarlığa qarşı mübarizədə nazir, general-polkovnik Vilayət Eyvazovun rolu çox böyükdür.Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.Bu xüsusi gün münasibətilə bütün polisləri təbrik edirəm.Çətin və şərəfli peşə sahibi olan Azərbaycan polisləri peşə bayramınız mübarək!.

Arif Baratzadə

Baş redaktor

Paylaş: