İqtisadiyyat Manşet

Bakının Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) təmir işləri aparır.”Zirvə yolu” agentliyə istinadən xəbər verir ki, uzunluğu 810 metr təşkil edən sözügedən hissə üzrə hazırda frezlənmə işləri yerinə yetirilir.“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.

Paylaş: