Bu günə qədər www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə məktəbyaşlı uşaqların 90%-dən çoxu üçün məktəb və müəllim seçimi edilib.“Zirvə yolu” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Elm və Təhsil Nazirliyi, MÜTDA və regional təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində bütün valideynlər üçün övladlarına məktəb seçimində əlçatanlığın təmin edilməsi həyata keçirilir.