Şafiq Heydərovla bağlı Zaur Mikayılova şikayət -İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb
Azərbaycanda dövlət qurumlarında son illər aparılan islahatlara baxmayaraq, hələdə bir çox təşkilatlarda ciddi nöqsanlar, kadr çatışmamazlığı, rəhbərliyin qurumu düzgün idarə edə bilməməsi, gizli korrupsiya və sair problemlər mövcud olaraq qalmaqdadır.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, belə qurumlardan biri də Dövlət Su Ehtiyatları Agentliyinin Sabirabad Suvarma Sistemləri İdarəsidir.
Sabirbad rayon sakinlərinin iddialarına görə Şafiq Heydərovun rəhbərlik etdiyi bu idarədə çox ciddi gizli maliyyə maxinasiyaları mövcuddur. Bildirilir ki, Şafiq Heydərovun gizli maxinasiyası əsasən Suvarma idarəsinin balansında olan 91 ədəd nasos stansiyası və səyyari dizel nasos stansiyalarıdır. Məlumata görə Şafiq Heydərov 91 nasos stansiyasının bir hissəsində adı olub özü olmayan işçilərin əmək haqqı kartını öz cibinə qoyub. İdarə rəisinin məhz nasos stansiyalarının hesabına 40-a yaxın əmək haqqı kartına sahib olduğu bildirilir. Hə ay Şafiq Heydərovun bu kartlar vasitəsi ilə 15 (on beş) min manata yaxın vəsait əldə etdiyi deyilir. İdarə müdirinin nasos stansiyalarının hesabına əldə etdiyi əmək haqqı kartlarının bir hissəsini müavinlərinə və lazımı olan işçilərə verdiyi qeyd olunur.
Rayon sakinləri bildirirlər ki, Dövlət Su Ehtiyatları Agentliyi Sabirabad Suvarma Sistemləri İdarəsində qəfil yoxlama apararsa qeyd edilən faktlar ortaya çıxacaq. Çünki nasos stansiyalarında baş verən maxinasiyalardan Sabirabad Suvarma Sistemləri İdarəsində hər kəsin xəbəri var.
Məsələ ilə bağlı araşdırmamız davam edir.(Azfakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.