Manşet Siyasət

Şamil Ayrım: Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır

Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası ləğv olunmalıdır. “Zirvə yolu” xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında Emənistanın Baş naziri Nikol Paşinyanın könüllü göründüyünü bildirən Şamil Ayrım deyib ki, buna mane olan qüvvələr var.“Müşahidə olunan budur ki, Paşinyan sülh sazişində ehtiyatlı davranır. Amma bu sazişin imzalanması üçün bir neçə maddə var ki, bunlardan biri də Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasıdır, onun ləğv olunması lazımdır. Bu, çox önəmlidir”, – Ş.Ayrım qeyd edib.

Paylaş: