Xaçmaz rayonunun Uzunoba kəndi ərazisində yerləşən meşə massivində yüzə yaxın ağac naməlum şəraitdə kəsilib.
KONKRET.az-ın şimal bürosunun məlumatına görə, diametrləri 30-80 sm aralığında olan kəsilmiş vələs və qovaq ağaclarının oduncaq hissəsi ərazidən daşınsa da, qol-budaqlar ekoloji terrorun şahidləri kimi hələ də meşə massivində qalıb.
Xatırladaq ki, 100-ə yaxın ağac seyrək meşə massivi olan ərazidən kəsilib və kəsilmiş ağacların oduncaq hissəsinin tam olaraq daşınması mümkün olmayıb. Bunun səbəbi isə sel sularının meşə zolağına gedən yolları keçilməz etməsidir.
Meşə massivindən lentə alınmış görüntüləri təqdim edirik:
KONKRET.