Cəmiyyət

Con Harkinsə qarşı daha bir İŞÇİ DAVASI… – Son sözü hakimlər deyəcək…

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) daha bir hüquqları pozulmuş neft çalışanının müdafiəsi ilə məşğuldur. Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə qurumun sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.O daha sonra əlavə edib:” “Bahar Energy” Əməliyyat Şirkətinin işçisi Əsmətov Əli Naib oğlu çalışdığı şirkətdə”Əmək hüquqlarının bərpa olunması ” üçün AR Prezident cənab İlham Əliyevə, AR Baş naziri cənab Əli Əsədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə, Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövşən Nəcəfə müraciət edib.Düşünürəm ki, müvafiq qurumlar tərəfindən -Azərbaycan Respublikasının Konstitutsiyasının,Maddə 57. Müraciət etmək hüququ ( Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.),– Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun, Maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır)-Maddə 12.4. (Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır)Hörmətlə yanaşılıb işçinin ərizəsi qanunauyğun şəkildə araşdırılacaq.Qeyd;“Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkins, benefisiar sahibi??”

Paylaş: