Horadiz-Bəhrəmtəpə avtomobil yolunun 54-cü kilometrində iyulun 2-də ağır yol qəzası olub.“Zirvə yolu” xəbər verir ki, Ağayev Məcid Şahlar oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobildə Bəhrəmtəpə qəsəbəsi istiqamətində idarəetməni itirib.Avtomobilin aşması nəticəsində sürücü və sərnişin Əhilov Nəsimi Novruz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüblər.Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3- cü maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.