“Dünən “Araz” marketdən elə orada bişirilən təndir çörəyi alıram. Baxıram ki, Tarif Şurasının təbirincə desək, qiymət dəyişib…” Dia-az.İnfo bildirir ki, bunu öz sosial şəbəkə səhifəsində jurnalist Almina Amilqızı qeyd edib.
Jurnalist yazır: “Satıcıdan soruşuram ki, qiyməti niyə qaldırmısız, deyir, 4 qəpik qaldırmışıq da…
Sualımdan utandım, dedim yaxşı eləmisiz, o gün olsun 1 manat olsun….
…Bu arada 75 qəpiyə satılan təndir çörəyi indi 79 qəpik olub. 1 qəpik də güzəşt ediblər, sağ olsunlar. Buna da şükür edək…”
Dia-az.İnfo