Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb. “Zirvə yolu” xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.