Manşet Siyasət

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.“Zirvə yolu” “AKİpress”ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.“Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək. Növbədənkənar iclasın mövzusu nəqliyyat, əlaqə və iqlim fəaliyyəti ilə dayanıqlı gələcəyin formalaşmasının təmin edilməsidir”, – o bildirib.M.Azımbakiyevin sözlərinə görə, sammit iştirakçıları təbii fəlakətlər, onların yaratdığı təhlükələr, iqlim dəyişikliyi və TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsi ilə bağlı kollektiv cavab tədbirlərini müzakirə edəcəklər.Sammitdə təşkilata üzv olan dövlət başçıları – Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcəklər.

Paylaş: