Dünya Manşet

ŞƏT sammitində 25 sənəd imzalanıb – YENİLƏNİB

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təşkilata üzv ölkələrin liderləri 25 sənəd imzalayıblar.“Zirvə yolu” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.İmzalanan sənədlər arasında Astana Bəyannaməsindən başqa, Şanxay Əməkdaşlıq Təşkilatının 2035-ci ilə qədər İnkişaf Strategiyasının layihəsinə dair ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının qərarı, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair ŞƏT Xarici İşlər Nazirləri Şurasının təklifləri üzrə qərar, 2025-2027-ci illər üçün terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, 2024-2029-cu illər üçün Narkotiklərlə Mübarizə Strategiyasının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında qərar var.Bundan başqa, 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyası da imzalanıb.

12:02

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri birlik haqqında Astana Bəyannaməsini imzalayıblar.“Zirvə yolu” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.ŞƏT-in sammiti “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa doğru” mövzusunda keçirilir. Bu sammitdə Belarus təşkilata üzv qəbul edilib.ŞƏT 2001-ci ildə yaradılıb. Hazırda təşkilatın 10 üzvü var: Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır.

Paylaş: