ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə start verilib. “Zirvə yolu”nun məlumatına görə, raundun ilk matçında son dünya çempionu Argentina Ekvadorla üz-üzə gəlib.Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün penaltilər seriyasına ehtiyac duyulub.Burada rəqibini 4:2 hesabı ilə üstələyən “tanqoçular” yarımfinala yüksəlib. Argentina bu mərhələdə Venesuela – Kanada cütünün qalibi ilə qarşılaşacaq.Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.