Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb. “Zirvə yolu” Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə xəbər verir ki, milli komandamız turniri 4 medalla başa vurub.Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib.Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.