Aİ Gürcüstanın ittifaqa inteqrasiya prosesini və Müdafiə Nazirliyinə 30 milyon avro ayrılmasını dayandırıb
Avropa İttifaqı (Aİ) “Xarici agentlər haqqında” qanuna görə Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırıb. “Zirvə yolu” xəbər verir ki, bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib.O qeyd edib ki, həmçinin Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması da dayandırılıb.“Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq. İndiki Gürcüstan hökumətinin niyyəti Avropa İttifaqı liderlərinə aydın deyil. “Xarici təsirin şəffaflığı haqqında” qanun geriyə doğru bir addımdır və anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir”, – deyə səfir vurğulayıb.Bizim WhatsApp kanalımıza